
Azərbaycan Basketbol Liqasında yarımfinala vəsiqə qazanan sonuncu komanda bəlli olub.
Sportinfo.az xəbər verir ki, pley-off mərhələsinin üçüncü oyununda "Abşeron" və "Naxçıvan" münasibətlərə aydınlıq gətiriblər.
Bakı İdman Sarayında reallaşan görüşdə 78:73 hesabı ilə qalib gələn "Abşeron" yarımfinala adlayıb.
Bunadək tərəflər bu raundda hərəyə bir qalibiyyət əldə etmişdilər.
Erhan Tokerin rəhbərlik etdiyi kollektiv növbəti mərhələdə "Neftçi" ilə üz-üzə gələcək. Digər yarımfinal cütündə isə "Sabah" və "Şəki" komandaları qarşılaşacaqlar.