
“Neftçi” komandasını gözəl oyun və qələbə münasibəti ilə təbrik edirəm. Biz bu gün mövsümün ən bərbad oyununu oynadıq".
Sportinfo.az xəbər verir ki, bunu "Ordu” basketbol komandasının baş məşqçisi Alberto Blanko “Neftçi” ilə oyundan sonra mətbuat xidmətinə açıqlamasında deyib.
İspaniyalı mütəxəssis Azərbaycan Basketbol Liqasının pley-off seriyasının ikinci matçında qeydə alınan 54:88 hesablı məğlubiyyəti şərh edib:
"Meydanda bütün komponentlərdə rəqibə uduzduq. Əslində ilk matçın da 3-cü hissəsində belə oynayaraq qalibiyyət şansını itirmişdik.
Sadəcə olaraq bu mövsüm ərzində işini layiqincə görən klubun bütün oyunçularına və texniki heyətinə təşəkkür edirəm”.
"Ordu" hər iki uduzaraq, mübarizəni dayandırıb.