“Bəlkə bir sürpriz edə bilərik, “Pəri nağılı” davam edir”

03:30 Basketbol 89
“Bəlkə bir sürpriz edə bilərik, “Pəri nağılı” davam edir”

“Komandamla qürur duyuram”.

Sportinfo.az xəbər verir ki, bunu “Şəki”nin baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasında pley-off mərhələsində “Gəncə” ilə üçüncü oyunu şərh edib. O bildirib ki, “Şəki”nin “Pəri nağılı” davam edir:

“Uşaqlar hər şeyə layiqdir. “Gəncə”ni də gözəl oyuna görə təbrik edirəm. Onlarla 7 matç keçirib, 4-də qalib gəldik. Bu matçda texniki cəhətdən zəif oynaya bilərik. Amma oyunda heç vaxt qələbədən vaz keçməyən komandamız vardı. Biz bu fəlsəfə ilə komandanı qurmuşuq. “Şəki” daha öncə növbəti mövsüm A qrupunda oynamaq hüququ əldə etdi”.

seriyada 2:1 hesabı ilə qalib gələn Meriç yarımfinal şanslarını da dəyərləndirib:

“Növbəti rəqibimiz “Sabah” Çempionlar Liqası üçün qurulmuş heyətə malikdir. Oradan düşdükdən sonra bu mövsüm Avropa Kubokunda da oynayıb. Səviyyə fərqi olsa da, eyni cür mübarizəyə davam edəcəyik. Bəlkə bir sürpriz edə bilərik. Hamıya maraqlı bir matç göstərmək istəyirik. Oyunçularım hörmətə layiqdir. Hər şey onların əsəridir”.

"Şəki” üçüncü qarşılaşmada “Gəncə”yə 85:83 hesabı ilə qalib gəlib.

Xəbər Lenti
22 Aprel 16:50 Çək və bizə göndər!
22 Aprel 12:00 Musa klub satın aldı
22 Aprel 11:00 Bir bax gör... TƏKLİF!
22 Aprel 08:40 "Mən razı qalmadım"
22 Aprel 03:00 İkisində də 2:1