
Kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-off mərhələsi davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün ilk oyunlara yekun vurulub.
Günün yeganə matçı Bakı İdman Sarayında keçirilib. “Naxçıvan” “Abşeron”u sınağa çəkib. Gərgin keçən oyun birincilərin qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında ikinci oyun aprelin 22-də baş tutacaq.
“Naxçıvan” – “Abşeron” - 88:83 (24:19, 26:26, 17:16, 21:22)