
Kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-off davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün ilk oyunlar çərçivəsində iki matç keçirilib.
Qarşılaşmalar Bakı İdman Sarayında baş tutub. Öncə “Neftçi” “Ordu”nu sınağa çəkəcək.
Hərbçilər böyük fasiləyə üstün yollansalar da, "ağ-qaralar" 3-cü periodda özlərinə gəliblər. 10 dəqiqə ərzində 20 xallıq fərq əldə edən "Neftçi" ilə görüşü qələbə ilə başa vurub.
Ardınca “Sabah”la “Sərhədçi” qarşılaşıb. Çempion son dövrəyədək rəqib ciddi müqaviməti ilə üzləşib.
Rimas Kurtinaytisin komandası son 10 dəqiqədə müdafiədə etibarlı oyun sayəsində rəqibi fərqli məğlub edib.
Qeyd edək ki, ilk oyunlara sabah yekun vurulacaq.
“Neftçi” – “Ordu” - 93:84 (19:24, 17:21, 38:18, 19:21)
Bakı İdman Sarayı
“Sabah” – “Sərhədçi” - 90:64 (16:21, 24:18, 15:21, 35:4)
Bakı İdman Sarayı