“Kim daha çox istəyirsə, oyunçuların səviyyəsinə baxmadan o qazanır"

17 Aprel 03:50 Basketbol 180
“Kim daha çox istəyirsə, oyunçuların səviyyəsinə baxmadan o qazanır"

"Çox çətin matç oldu.

Bu cür pley-in oyunlarında favorit olmaz.

Kim daha çox istəyirsə, kim daha yaxşı hazırlaşırsa, yaxşı müdafiə olunursa, oyunçuların səviyyəsinə baxmadan o qazanır".

Sportinfo.azxəbər verir ki, bunu “Sərhədçi” basketbol komandasının baş məşqçisi Evren Alkaya "Sumqayıt"la görüşdən sonra mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin üçüncü görüşündə qeydə alınan 96:94 hesablı qələbəni şərh edib: “Sumqayıt”ı təbrik edirəm, layiqli mübarizə apara bildilər. Müntəzəm çempionatda mövsümün ikinci hissəsində necə çətin komanda olduqlarını göstərmişdilər. Birinci oyunda yaxşı hesabla qalib gəlmişdik və nəticədə öz meydanımızdakı qarşılaşmaya rahat çıxdıq. Üçüncü - həlledici oyunun əhəmiyyətini bilirdik və oyunçularım buna tam hazır idi. Səfərdəki hər iki oyunda qalib gəlmək bizə əlavə motivasiyası verir. Yaxşı müdafiə olunmağa çalışdıq. Buna baxmayaraq rəqib yenə 90 xalı keçdi. Amma biz yalnız bu cür oyunla qazana bilərdik. Komandamız layiqli qələbə əldə etdi. Hamı bilir ki, bu cür oyunlarda son 2-3 dəqiqədə oynayan komanda qalibiyyət əldə edir. Bundan sonra da komandamızı yuxarı yerlərə daşımağa çalışacağıq. Hər kəs bilsin ki, “Sərhədçi” yaxşı təşkilatlanmış komandadır. Bir-birimizə bağlı olan kollektivik”.

Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!