"Məqsədimiz mövsümü uzatmaq üçün özümüzə fürsət verməyə davam etməkdir"

17 Aprel 03:40 Basketbol 182
"Məqsədimiz mövsümü uzatmaq üçün özümüzə fürsət verməyə davam etməkdir"

"Həm klub, həm də azarkeşlərimiz üçün bacardığımız qədər irəli getmək istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu "Gəncə" basketbol komandasının üzvü Malek Deyvis deyib.

Amerikalı basketbolçu onları pley-offda çətin sınaq gözlədiyini bildirib: “Məqsədimiz oyunlarda qalib gələrək mövsümü uzatmaq üçün özümüzə fürsət verməyə davam etməkdir. Bizi qarşıda “Şəki” ilə matçlar gözləyir. Mən bu oyunların, pley-offun çox çətin olacağını gözləyirəm. Hər görüş böyük bir döyüş olacaq. Hazırlığımız və məşqçimizin oyun planı ilə qalib gəlmək üçün gücümüzü meydanda maksimum qoymağa çalışacağıq. Yaxşı məşqlər keçmişik. Verilən tapşırıqları meydanda tam yerinə yetirməyə çalışmışıq. Rəqibi də təhlil etmişik. Eyni qrupda mübarizə apardığımızdan tanıdığımız komandadı”.

“Gəncə”Azərbaycan Basketbol Liqası pley-in mərhələsində hər iki oyunda “Lənkəran”a qalib gəlib. Komanda pley-offda "Şəki"cilə qarşılaşacaq.

Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!