
Kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-inə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, 3-cü oyunlar çərçivəsində iki matç baş tutub.
Hərəyə bir qələbə qazanan “Sumqayıt”la “Sərhədçi” pley-offa vəsiqə üçün üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın taleyi son saniyələrdə həll olunub.
Meydan sahibləri iki xal fərqi ilə uduzaraq, mübarizəni dayandırıblar.
Digər qarşılaşmada isə “Abşeron” və NTD ikinci qələbə üçün mübarizə aparıb. Bu görüşdə Abşeron basketbolçuları 7 xallıq fərqlə qalib gələrək, növbəti mərhələyə yüksəliblər.
Pley-inin digər iki cütündə “Gəncə” “Lənkəran”a, “Ordu” “Quba”ya iki matçda qalib gəlib.
“Sumqayıt” – “Sərhədçi” - 94:96 (16:20, 27:20, 25:32, 26:24)
Sumqayıt OİK
Seriyada hesab – 1:1
"Abşeron” - NTD - 81:74 (19:19, 19:15, 22:21, 21:10)
Bakı İS
Seriyada hesab – 1:1