İkisi kifayət etmədi, biri də olacaq

03:10 Basketbol 80
İkisi kifayət etmədi, biri də olacaq

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Sərhədçi" və "Sumqayıt" kollektivlərinin görüşündə ikincilər 100:95 hesablı qələbə qazanıblar.

İlk qarşılaşmada "Sərhədçi" qalib gəldiyi (123:97) üçün pley-offa vəsiqə qazanacaq tərəfin adına üçüncü matçda aydınlıq gələcək.

Pley-in mərhələsində iki qələbə əldə edən komanda pley-offa adlayacaq.

Daha əvvəl "Gəncə" "Lənkəran"ı (96:92, 100:74), "Ordu" "Quba"nı (88:74, 92:88) məğlub edərək pley-offa yüksəlib.

Xəbər Lenti
15 Aprel 03:10 “Ordu” irəli getdi