"Güclə gəlib çatırıq, özümüzü "öldürürük", sonda da belə olur"

15 Aprel 03:30 Basketbol 227
"Güclə gəlib çatırıq, özümüzü "öldürürük", sonda da belə olur"

"Əlimizdən gələni etdik. Amma serb hakim kobud səhvə yol verdi".

Sportinfo.az xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında "Ordu" ilə keçirdikləri oyunu şərh edəərkən deyib.

“Quba” “Ordu”ya 88:92 hesabı ilə mğlub olub. Mütəxəssis məğlubiyyətə görə hakimi qınayıb:

"Üç xal uduzduğumuz vaxtda üç xallıq atış etdik, həkim də hücum foulu qeydə aldı. Bu da oyunun taleyini həll etdi. Digər tərəfdən, ağzımızı aça da bilmirik, hamıya texniki foul verirdi.

Amma rəqib komandanın oyunçularına, məşqçisinə bu cür yanaşma yox idi. İstədiklərini edirlər. Bu oyunda hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı.

Rotasiyamız geniş deyil, güclə gəlib çatırıq, özümüzü "öldürürük", sonda da belə olur. Biz əlimizdən gələni etdik".

Xəbər Lenti
15 Aprel 03:10 “Ordu” irəli getdi
15 Aprel 02:20 O da milli ilə getdi...