"O, özünü yaxşı hiss etmədiyi üçün oynamadı"

12 Aprel 04:00 Basketbol 197
"O, özünü yaxşı hiss etmədiyi üçün oynamadı"

“Sumqayıt”ın meydanında bu cür qələbə qazanmaq bizim üçün çox yaxşıdır, sevincli durumdur.

Sürətli hücumlarla, mövqe hücumçarı ilə oyunumuzu göstərə bildik".

Sportinfo.az xəbər verir ki, bunu “Sərhədçi” basketbol komandasının baş məşqçisi Evren Alkaya mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində səfərdə “Sumqayıt” üzərində qazanılan 123:97 hesablı qələbəni şərh edib:

"Bu gün “üçlük”lərimiz də səbətə düşdü, fərqli bir meydança olmasına baxmayaraq bunu bacardıq. “Sumqayıt” yaxşı komandadır, fərqli komandadır və bunu bu gün göstərdilər. Daha yaxşı hazırlaşın öz meydanımızda növbəti mərhələyə keçmək istəyirik. Rəqibə hörmət edirik və daha yaxşı hazırlaşacağıq. Bu gün Jared Bynum özünü yaxşı hiss etmədiyi üçün oynamadı. Antonio Uliyams sona qədər meydanda oldu və çox yoruldu. Cavab matçına tam heyətlə çıxıb daha yaxşı oynayacağıq”.

Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"