"Bilmirəm oyunçularıma nə deyim - Deyirlər ki, oyunun sonlarını məşqçilər uduzur”

11 Aprel 04:00 Basketbol 236
"Bilmirəm oyunçularıma nə deyim - Deyirlər ki, oyunun sonlarını məşqçilər uduzur”

"Bilmirəm oyunçularıma nə deyim.

Deyirlər ki, oyunun sonlarını məşqçilər uduzur, amma burda basketbolçularımın etdiyi top itkilərinin də rolu az olmadı. Danışmaq çox çətindir".

Sportinfo.az xəbər verir ki, bunu "Lənkəran" basketbol komandasının baş məşqçisi Georgi Kondruseviç deyib.

O, Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində "Gəncə"yə 92:96 hesablı məğlubiyyəti şərh edib: "Soyunub-geyinmə otağında basketbolçulara nə deyəcəyimi də bilmirəm. Öndə olduğun oyunlarda qələbənin son anda əldən getməsi oyunçuların psixoloji durumuna da çox pis təsir edir. Digər tərəfdən heyətdə 10 basketbolçu var. Onlardan 7 və ya 8-ni oyuna buraxa bilirəm. Belə olanda da matçlarda nəticə qazanmaq çətin olur. Lənkərandakı cavab oyununda da nəyinsə dəyişəcəyini düşünmürəm. Əksinə "Gəncə" daha güclü heyətlə oynayacaq. Bu gün biz qələbə qazana bilərdik. Təəssüf ki, bunu bacarmadıq. Çox üzücü şəkildə məğlub olduq".

"Lənkəran" mövsümü sonuncu pillədə başa vurmuşdu.

Xəbər Lenti