“Mövsümdə baş verən hər şey artıq keçmişdə qaldı”

11 Aprel 03:40 Basketbol 187
“Mövsümdə baş verən hər şey artıq keçmişdə qaldı”

“Gözləyirəm ki, “Abşeron”a qarşı oyunlar əsl döyüşə çevriləcək".

Sportinfo.az xəbər verir ki, bunu NTD-nin basketbolçusu Tayri Boykin “Abşeron”a qarşı play-in raundunun ilk oyunundan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Tayri bildirib ki, hər iki komanda bu oyunlara pley-offa çıxmaq məqsədilə başlayır və heç bir güzəşt olmayacaq:

"Pley-in və pley-off oyunlarının atmosferi müntəzəm mövsümdən tamamilə fərqlidir, çünki hər kəs məsuliyyəti anlayır. Düşünürəm ki, oyunların səviyyəsi artacaq və bu, seriyanı daha maraqlı edəcək".

“Abşeron” xarakterli və tam gücü ilə oynayan bir komandadır. Onlar geridə olanda və ya oyun istədikləri kimi getməyəndə təslim olan deyillər.

Başa düşürük ki, artıq pley-offa vəsiqə uğrunda mübarizə aparırıq. Müntəzəm mövsümdə baş verən hər şey artıq keçmişdə qaldı".

Basketbolçu vurğulayıb ki, Play-in seriyasına tam hazırdılar və güclü motivasiyaları var:

"Kubokda qələbədən sonra komandamız daha bir titul uğrunda mübarizə aparmaq üçün alışıb-yanır və bizdə bunu etmək üçün hər şey var. Bu şansı maksimum dəyərləndirməyə hazırıq”.

Xəbər Lenti