İştirakçı sayı artırıldı - Millimiz üçün yeni imkan yarandı

11 Aprel 03:20 Basketbol 317
İştirakçı sayı artırıldı - Millimiz üçün yeni imkan yarandı

Yay Olimpiya Oyunlarının basketbolun 3x3 növü üzrə yarışlarında iştirakçı sayı dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi verib.

2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadada 12 kişi və 12 qadın komandası mübarizə aparacaq. Tokio-2020 və Paris-2024-də bu rəqəm 8-ə bərabər olub.

Say artımı əksər yığmalar üçün Olimpiada şansının yüksəlməsidir. Azərbaycan millisi üçün də yeni imkanlar yaradıb. Paris-2024-ə qatılan qadın yığmamız ABŞ-da da iştirakçılar sırasına düşməyə namizədlərdəndir.

Millimiz Fransa paytaxtında 7-ci yeri tutub.

Xəbər Lenti