
Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) keçirilməli olan “Abşeron” - NTD birinci pley-in oyunu təxirə alınıb.
Sportinfo.az xəbər verir ki, buna səbəb Abşeron Olimpiya İdman Kompleksinin tavanında yaranmış problem olub.
Belə ki, yağış nəticəsində tavandan su damıb.
Bu səbəbdən qarşılaşma bu gün saat 16:00-a təyin olunub.