
“Sərhədçi”nin basketbolçusu Antonio Uliyams pley-in mərhələsində “Sumqayıt”a qarşı keçirəcəkləri matçları dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, amerikalı oyunçu klubun mətbuat xidmətinə danışıb.
O, Sumqayıt təmsilçisi ilə görüşdə qələbə qazanacaqlarına inandığını söyləyib:
“Kim iki qələbə qazansa, növbəti mərhələyə adlayacaq. Düşünürəm ki, meydana çıxıb yaxşı komanda oyunu göstərsək, asan qələbələr qazanacağıq.
Sadəcə, kollektiv şəkildə düzgün oynamalıyıq. Müdafiədə inamlı oyun və rəqibi yaxşı tanımaq vacibdir. Birlikdə növbəti mərhələyə yüksəlməliyik”.
Komandalar arasında pley-in mərhələsində ilk qarşılaşma aprelin 10-da, ikinci görüş isə 13-də keçiriləcək.