"Hamımız üzərimizə düşən vəzifəni yerinə yetiririk"

10 Aprel 03:10 Basketbol 227
"Hamımız üzərimizə düşən vəzifəni yerinə yetiririk"

"Pley-ində də uğurlu çıxış edəcəyimizi düşünürəm".

Sportinfo.az xəbər verir ki, bunu “Sumqayıt”ın basketbolçusu İsmayıl Əliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, “Sərhədçi” ilə pley-in mərhələsindəki oyunlar ərəfəsində komandamızın şanslarından danışıb:

"Ötən mövsümlə müqayisədə bu il çox yaxşı çıxış edirik. Fikrimcə, növbəti mövsüm daha xoş təsir bağışlayacağıq.

Hamımız üzərimizə düşən vəzifəni yerinə yetiririk. Məncə, pley-ində də belə uğurlu çıxış edəcəyik

. Bir vaxtlar “Sərhədçi”nin üzvü olmuşam. Onlar çox yaxşı komandadır.

Rəqibi qətiyyən zəif adlandırmaq olmaz. Pley-ində bizi çətin oyun gözləyir.

“Sərhədçi”ni mübarizədən kənarlaşdırmaq üçün vahid komanda olmalıyıq. Ən əsası müdafiədə etibarlı oynamalıyıq.

Mümkün qədər onların məhsuldarlığını aşağı salmalıyıq. Məqsəd pley-offa vəsiqə qazanmaqdır”.

Əliyev klubun azarkeşlərinə də çağırış edib:

“Cümə günü azarkeşlərimizi Sumqayıt Olimpiya İdman Kompleksində gözləyirik. Onlar mövsüm boyunca bizə dəstək verdilər.

İstərdim ki, pley-in mərhələsində də yanımızda olsunlar. Azarkeşlərimizin dəstəyi ilə “Sərhədçi”ni məğlub etmək istəyirik”.

Xəbər Lenti