“Mən uşaqlardan qeyri-adi nəsə tələb edə bilməzdim”

03:40 Basketbol 146
“Mən uşaqlardan qeyri-adi nəsə tələb edə bilməzdim”

"Məğlubiyyətə baxmayaraq, uşaqlar yaxşı oynadılar.

Sadəcə, sonluqda bəxtimiz gətirmədi".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Liqası çərçivəsində "Gəncə" ilə görüşdən (92:94) sonra "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşin klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, ən vacib məqamlarda atışların dəqiq olmadığını bildirib:

"İstənilən halda, əsas məqsədimiz müntəzəm çempionatı zədəsiz başa vurmaq idi. Çünki sərəncamımda cəmi 4 legioner oyunçu var. Zayon Yanq zədəsini yeni sağaldıb, reabilitasiya mərhələsini başa vurub. Ona görə də uşaqlardan qeyri-adi nəsə tələb edə bilməzdim. Hamısı yaxşı oynadı. Sadəcə bir-iki səhv nəticəyə mənfi təsir göstərdi. Mövsümün son matçlarında sərgilədiyimiz oyun pley-ində nikbinliyə əsas verir. Belə istəkli oynasaq, məncə, pley-offa çıxacağıq".

Xəbər Lenti