"Növbəti mərhələdə bu cür səhvlərə yol verməyəcəyik"

03:30 Basketbol 134
"Növbəti mərhələdə bu cür səhvlərə yol verməyəcəyik"

"Matça pis başladıq. Baş məşqçimiz Murat Dikmenin yoxluğunu çox hiss etdik".

Sportinfo.az xəbər verir ki, bunu “Naxçıvan” BK-nın köməkçi məşqçisi Güray Yıldız “Sabah” BK ilə oyundan (89:111) sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Onun sözlərinə görə, müdafiədə geri dönüşlərdə problem yaşadıqlarından rəqib çox rahat xallar qazanıb:

"Pley-offlar öncəsi qələbə qazanmaq istəyirdik, amma alınmadı. Növbəti mərhələdə bu cür səhvlərə yol verməyəcəyik. Komandamıza və baş məşqçimizə güvənirik".

Xəbər Lenti