Əcnəbi baş məşqçini Azərbaycanda narahat edən PROBLEM

03:50 Basketbol 126
Əcnəbi baş məşqçini Azərbaycanda narahat edən PROBLEM

“Qələbəyə və müntəzəm mövsümü lider olaraq başa vurduğumuza görə şadam.

Amma məşqçi olaraq məni nəticədən əlavə həm də komandanın oyun keyfiyyəti maraqlandırır".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis mətbuat xidmətinə açıqlamasında deyib.

Litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasının XIX turunda NDT üzərində qazanılan 105:79 hesablı qələbəni şərh edib:

"Görüşün sonunda hesab arasındakı fərqdə 30, 20 və ya 2 xal öndə olsaq da, maksimum oynamalıyıq. Yaxşı temp yaxalamışıq. Amma yenə bir müddət fasilə olacaq.

Fikir vermisizsə, biz 3 məğlubiyyətimizi məhz fasilədən sonra çıxdığımız oyunlarda almışıq".

"Sabah" sona bir tur qalmış A qrupunu lider bitirmək vəzifəsinin öhdəsindən gəlib.

Digər Xəbərlər
Xəbər Lenti