13 məğlubiyyət alan komandanın çalışdırıcısı indi kimdən narazıdır?

03:40 Basketbol 155
13 məğlubiyyət alan komandanın çalışdırıcısı indi kimdən narazıdır?

"Sabah" hazırda yaxşı formadadır.

Onlar liqada inamlı oyun göstərirlər".

Sportinfo.az xəbər verir ki, bunu NTD basketbol komandasının baş məşqçisi Tahir Baxşıyev mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının XIX turunda “Sabah”a 79:105 hesablı məğlubiyyəti şərh edib:

"Rəqib kubokda uduzsa da, bu başqa turnirdir. Başa düşürdük ki, bizi çətin oyun gözləyir. Əkbər Məmmədov və Tayri Boykin zədəli olduqları üçün oyunu buraxırdılar. Digər tərəfdən, bu gün gənc oyunçulara şans verdik.

Hər matçdan faydalanmaq lazımdır. Murad Babayev yaxşı oynadı. Amma o, daha da yaxşı çıxış edə bilərdi. Bizi kubokun yarımfinalı gözləyir və bütün fikirlərimiz bu matça yönəlib. Uşaqlara bir neçə gün istirahət verəcəyik, zədələri müalicə edəcəyik. Sonra isə "Neftçi"yə qarşı oyuna hazırlaşmağa başlayacağıq. Bizim üçün bu indi prioritetdir".

NTD 6 qələbə və 13 məğlubiyyətlə A qrupunda 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti