“Pis oynamadıq, amma yenə də səviyyəmiz aşağıdır, kədərliyik”

03:20 Basketbol 70
“Pis oynamadıq, amma yenə də səviyyəmiz aşağıdır, kədərliyik”

“Naxçıvan"a məğlub olduğumuz üçün kədərliyik".

Sportinfo.az xəbər verir ki, bunu "Sərhədçi"nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının XVIII turunda “Naxçıvan”a məğlubiyyətdən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis məğlubiyyətə rəğmən, komandanın pis oynamadığını bildirib:

“Məğlub olduğumuz üçün kədərliyik. “Naxçıvan” çox yaxşı komandadır. Həmçinin çox yaxşı baş məşqçiləri var. Onlara qarşı pis oynamadıq. Amma yenə də səviyyəmiz aşağıdır. Superliqa səviyyəsində 3 xallıq atışlarımız, sadəcə, 4 əcnəbi basketbolçunun sayəsində olarsa, matçlarda belə vəziyyət yaranar. “Naxçıvan” kimi komandanı 68 xalda saxlamaq çox önəmli bir müdafiə bacarığıdır. Sadəcə, biz çox bəsit xallar səbəbindən uduzduq. Bu gün istədiyimiz qələbəni qazana bilmədik. Kubok matçı ilə birgə son 3 oyundur uduzuruq. Pley-off oyunlarına az qalıb. Amma komandamın pis oynadığını deyə bilmərəm. Daha yaxşı olacağıq. Antoni özünü yaxşı hiss etmədiyi üçün heyətə sala bilmədik. Buna rəğmən, “Naxçıvan”a, “Sabah”a və “Gəncə”yə qarşı başabaş oynadıq. Kədərliyik, pley-offa qədər hər şey düzələcək”.

"Sərhədçi" İdman Mərkəzində baş tutan "Naxçıvan" - "Sərhədçi" matçı birincilərin 68:66 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti