"İki yerli oyunçu ilə oynamaq bizim üçün çətin oldu"

03:40 Basketbol 140
"İki yerli oyunçu ilə oynamaq bizim üçün çətin oldu"

"İki yerli basketbolçu ilə oynamaq bizim üçün çətin oldu".

Sportinfo.az xəbər verir ki, bunu "Şəki" basketbol klubunun baş məşqçisi Bedri Meriç NTD-yə qarşı Azərbaycan Kubokunun 1/4 final matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib:

"Rəqibi qələbə münasibətilə təbrik edirəm. İki yerli basketbolçu ilə oynamaq bizim üçün çətin oldu. Eyni zamanda ucaboy oyunçumuz Karl Cons ikinci periodda zədələndi.

Bundan başqa, Ərcan Donat üçüncü periodda texniki faula görə oyundan uzaqlaşdırıldı. Ümumi götürsək, çıxışımız pis alındı. Buna baxmayaraq, cəmi 5 xal fərqlə uduzduq".

NTD - "Şəki" qarşılaşması birincilərin 71:66 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti