
“Bu bizim mövsümdə ən zəif oyunumuz oldu”.
Sportinfo.az xəbər verir ki, bunu " Ordu" basketbol klubunun baş məşqçisi " Sumqayıt " ilə oyundan (122:116) sonra açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, matça çox arxayın çıxmaları məğlubiyyətə səbəb olub:
“Bunun nəticəsində "Sumqayıt" qalib gəldi. Biz yalnız 3-cü periodda oyuna qayıtdıq. Amma artıq gec idi”.
Baş məşqçi əlavə edib ki, bu gün "Sumqayıt"ın istədiyi kimi oynayıblar: “Axayınçılıq məğlubiyyətlə nəticələndi”.