“Nefçi” üzərində qələbəyə şərh verdi: “BƏYƏNDİM”

04:00 Basketbol 321
“Nefçi” üzərində qələbəyə şərh verdi: “BƏYƏNDİM”

“Hazırda bizim üçün əsas məsələ Endərin durumudur”.

Sportinfo.az xəbər verir ki, bunu kişi basketbolçulardan ibarət “Sabah” klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.

Azərbaycan Basketbol Liqasının XVII turunun “Neftçi” ilə görüşü haqda fikirlərini bildirən litvalı mütəxəssis Endər Poladxanlının zədələndiyinə görə məyus olduğunu gizlətməyib:

“Çox ağır zədə aldı. Qarşıda bizi kubok oyunlarının gözlədiyini nəzərə alsaq, çox ciddi itkidir. Ona şəfa diləyirəm”.

Baş məşqçi görüşdə layiqli qələbə qazandıqlarını da qeyd edib:

“Qarşılaşmaya gəlincə oyuna nəzarət bizdə idi. Düşünürəm ki, layiqli qələbə qazandıq.

Müdafiədə oyunumuzu xüsusilə bəyəndim. Təmkinli çıxış etdik. Gözəl oyun alındı. Bir sözlə komandanın çıxışından razı qaldım”.

“Sabah” “Neftçi” üzərində 105:77 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti