
Azərbaycan Basketbol Liqasında XVI turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, bu tur çərçivəsində A qrupunda təmsil olunan “Neftçi” “Naxçıvan”la qarşı-qarşıya gəlib.
Bakı İdman Sarayında təşkil olunan görüş kifayət qədər gərgin keçib. Güclü rəqibini üstələyən “ağ-qaralar” Naxçıvan təmsilçisini 114:70 hesabı ilə məğlubiyyətə uğradıb.
Turun digər qarşılaşmalarında NTD “Abşeron”u 98:85, “Sabah” “Sərhədçi”ni 89:73, “Sumqayıt” “Lənkəran”ı 88:83 hesabı ilə məğlub edib.