"Komandamız günü-gündən daha yaxşı olacaq"

03:30 Basketbol 126
"Komandamız günü-gündən daha yaxşı olacaq"

"Azarkeşlərimizi yanımızda görmək istəyirik. Onların dəstəyinə ehtiyacımız var".

Sportinfo.az xəbər verir ki, bunu "Gəncə" basketbol klubunun baş məşqçisi Halil Atlı mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının XVI turunda “Quba” üzərində qazalıan 93:81 hesablı qələbənu şərh edib:

"Bu gün 5 mart Bədən Tərbiyəsi və İdman Günü Gəncə şəhəri üçün düşərli oldu. Bizdən əvvəl "Kəpəz" əzəli rəqibi üzərində qələbə qazandı. Qalib gəlmək növbəsi bizə gəldi. Biz də layiqli qələbə qazandıq. Həm "Kəpəz"i, həm də basketbolçularımızı təbrik edirəm. Gəncə üçün ən yaxşısını etmək istəyirik. Sıx qrafik ilə oynayırıq. Rotasiyalardan istifadə edərək mübarizə apardıq. Basketbolçuların zədələnməməsi bizim üçün əsasdır. Yeni transferimiz də bu gün meydançada idi. Onu oyuna çatdıran klub nümayəndələrimizə xüsusi minnətdaram. Federasiya da bu işdə əmək sərf etdi, sağolsunlar. Komandamız günü-gündən daha yaxşı olacaq. Oyun sistemini keyfiyyətli basketbolçularla inkişaf etdiririk. Komandada hər kəs öz rolunu bilir. Bu məni çox sevindirir. Amma çatışmazlıqlarımız da var. Bunun üzərində işləyəcəyik. Bu görüşü unudub qarşıdakı oyuna diqqətimizi çevirəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti