Bu milli komandamız - Uduza-uduza irəli!

2 Mart 08:30 Basketbol 300
Bu milli komandamız - Uduza-uduza irəli!

Kişi basketbolçulardan ibarət milli komandaların FİBA reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığması 75,9 xalla 113-cü pillədə qərarlaşıb.

Tahir Baxşıyevin yetirmələri ötən siyahı ilə müqayisədə 3 pillə irəliləyib. Düzdür, komandamız hesabat dövründə keçirdiyi hər iki görüşdə uduzub.

Millimiz DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsinin son turlarında Kosovoya 73:81, İrlandiyaya 64:79 hesabı ilə uduzub. Digər komandaların daha böyük uğursuzluğa düçar olması yığmamızın irəliləməsinə imkan yaradıb.

Millimiz Avropa ölkələri arasında 44-cüdür.

Cədvələ 840,1 xala malik ABŞ başcılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu