"Özümü təsdiqləməyə, nə edə biləcəyimi göstərməyə çalışıram"

2 Mart 03:40 Basketbol 200
"Özümü təsdiqləməyə, nə edə biləcəyimi göstərməyə çalışıram"

"Qalib gəlməyə davam etmək üçün inkişaf mütləqdir, daha güclü olacağıq".

Sportinfo.az xəbər verir ki, bunu "Sərhədçi"nin basketbolçusu Jared Bynum klubun mətbuat xidmətinə açıqlamasında deyib.

ABŞ-dən olan oyunçu Azərbaycan Basketbol Liqasının XV turunda NTD-ni 84:83 hesabı ilə məğlub etdikləri matç haqqında fikirlərini bölüşüb:

“Bu, həqiqətən yaxşı qarşılaşma idi. 10 xal geridən qayıdıb və qalib gəlmək lazım oldu.

Bunu bacardıq. Ümumilikdə, inamlı qələbədir. Rəqib də yaxşı kollektivdir".

"Sərhədçi"nin yeni transferi komanda yoldaşları ilə oynamağın onun üçün xoş olduğunu söyləyib:

"Özümü təsdiqləməyə, nə edə biləcəyimi göstərməyə və onların nə edə biləcəyini öyrənməyə çalışıram.

Liqaya və üsluba öyrəşdikdən sonra daha yaxşı oyunlar oynamağa davam etmək istəyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu