“Çatışmazlıqlar var”

1 Mart 04:00 Basketbol 208
“Çatışmazlıqlar var”

"Kapitan olmadan oynadıq, qələbəyə görə uşaqlara minnətdaram".

Sportinfo.az xəbər verir ki, bunu "Gəncə" basketbol komandasının baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının XV turunda "Sumqayıt" üzərində qazanılan qələbəni şərh edib:

“Bu oyundakı qələbəni komandamızın həkiminə həsr edirik. Onun səhhətində problemlər vardı, uğurlu cərrahiyyə əməliyyatı keçirdi.

Hazırda özünü yaxşı hiss edir. Bir müddətdir ki, bizimlə birgə deyil. İnşallah, ən qısa zamanda bir yerdə olacağıq.

Rəqibi mübarizəsinə görə təbrik edirəm. Rotasiyadan tam yararlanmağa çalışdıq.

Yaxşı oynadıq, bununla belə çatışmazlıqlar var. Bunları aradan qaldırıb sıx qrafiklə oynamağa başlayacağıq".

“Gəncə” səfərdə “Sumqayıt”a 90:81 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti