"Məhz bu səbəbdən onu çox yormaq istəmədik"

28 Fevral 04:00 Basketbol 295
"Məhz bu səbəbdən onu çox yormaq istəmədik"

"Bu gün biz ilk növbədə müdafiədə yaxşı çıxış etdik.

Düzdür, bəzi epizodlarda səhvlərimiz də oldu. Ancaq uşaqlar toparlandılar və üstünlüyümüzü təmin etdilər".

Sportinfo.az xəbər verir ki, bunu "Ordu” basketbol klubunun məşqçisi Anar Hacıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının XV turunda “Quba” üzərində qazanılan 103:68 hesablı qələbəni şərh edib:

“Məhz müdafiədəki yaxşı oyunumuz sayəsində qalib gəldik. Bu gün atışlarımız da yaxşı idi.

Əvvəlki oyunlarla müqayisədə 3 xallıq atışları da dəqiq yerinə yetirirdik. Çünki məşqlərdə daima bunun üzərində işləyirik.

Bu gün də onun bəhrəsini gördük. Yerli oyunçuların da rotasiyasını etməyə çalışırıq. Rüstəm Əlieyev zədədən yenidə qayıdıb.

Məhz bu səbəbdən onu çox yormaq istəmədik və digər oyunçulara da şans verdik. Qələbəyə görə bütün oyunçularımızı təbrik edirəm”.

Mövsümdə 11-ci qələbəsini qazanan "Ordu" lider mövqeyinə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti