
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Raşa Deliç ilə müqavilənin müddəti uzadılacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti Fərrux Mahmudov məlumat verib.
Onun sözlərinə görə, serbiyalı mütəxəssislə 1 illik yeni sözləşmə imzalanacaq.
Çalışdırıcı müqavilə bağlamaq üçün yaxın zamanda Bakıya gələcək.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması tarixində ilk dəfə Raşa Deliçin rəhbərliyi altında “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edib.