Azərbaycan millisi niyə Bakıya qayıda bilmir? - FOTO

21 Fevral 19:20 Basketbol 977
Azərbaycan millisi niyə Bakıya qayıda bilmir? - FOTO

Ötən gün DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində Kosovo ilə qarşılaşan Azərbaycan basketbol millisi İstanbulda yağan qar səbəbindən Bakıda qayıda bilməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Priştinadan İstanbula uçmalı olan komandamızı gətirəcək təyyarə reysi təxirə salınıb.

Nəticədə yığmamız Serbiyaya yollanıb. Millimiz Belqraddan Ankaraya ordan da Bakıya gələcək.

Yığmamız ötən gün DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində Kosovo ilə qarşılaşıb və 81:79 hesabı ilə uduzub.

Azərbaycan millisi fevralın 23-də Bakıda İrlandiya ilə qarşılaşacaq.

azerbaycan-millisi-qara-gore-bakiya-qayida-bilmir

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 12:40 "Çox güclü komandadır"