
"Abşeron" heyətini yeni basketbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, türkiyəli Ömər Yavaş mövsümün sonuna qədər "Abşeron"un uğurları üçün çalışacaq.
24 yaşlı oyunçu son olaraq ölkəsinin I Liqa komandası "Kapaklıspor"da çıxış edib.
O, karyerası ərzində "Tofaş" və "Yalovaspor"un da şərəfini qoruyub. Türkiyəli basketbolçu "Tofaş"da keçirdiyi illər ərzində Avropa Kuboku, Çempionlar Liqası kimi turnirlərdə forma geyinib.