"Azərbaycan klubuna keçmək mənim üçün xoş oldu"

03:10 Basketbol 121
"Azərbaycan klubuna keçmək mənim üçün xoş oldu"

"Azərbaycan klubuna keçmək mənim üçün xoş oldu".

Sportinfo.az xəbər verir ki, bunu “Sərhədçi” basketbol kollektivinin yeni transferi Cimmi Nikol deyib.

Keçidi ilə bağlı klubun mətbuat xidmətinə danışan oyunçu yeni komandasında xoşbəxt olduğunu bildirib:

“Azərbaycan çempionatına qoşulmaq və "Sərhədçi"də çıxış etmək şansım yarandı və bundan istifadə etdim.

Məşqçilərim və menecerim keçidi çox rahat şəkildə həll etdilər. Azərbaycanla ABŞ arasında fərqlər var. Lakin ölkənizi bəyəndim. Yeni yeməklərin dadına baxdım və xoşuma gəldi".

ABŞ-li basketbolçu Azərbaycan Basketbol Liqasının XIV turunda “Neftçi”yə 67:82 hesabı ilə uduzduqları oyun barədə danışıb:

“Biz yaxşı komandayıq və mövsümü dəyişmək üçün potensialımız var. Bunu hiss edirik. “Neftçi” ilə oyunda anladıq ki, cərimə atışlarımız lazımi səviyyədə deyil.

Nəticələrimizi yaxşılaşdırmaq üçün məşqlərdə daha səylə çalışacağıq. Hər kəslə rahat rəqabət apara biləcək heyətə sahibik".

Xəbər Lenti
10 Fevral 20:20 Razılaşdılar - VİDEO