![Millimiz sonuncu matçı da uduzdu - Bu dəfə BİABIRÇI HESABLA!](https://www.sportinfo.az/media/2025/02/10/24d0b8e0-6932-3231-982d-85718e95baa8_850.jpg)
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində sonuncu matçını keçirib.
Sportinfo.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda C qrupundakı altıncı oyunda Polşa ilə üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində keçirilən görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 88:34.
Azərbaycan millisi Polşa ilə yanaşı Belçika və Litva ilə mübarizə apardığı qrupda daha əvvəl keçirdiyi bütün görüşlərdə rəqiblərinə məğlub olmuşdu.