"Sumqayıt" qalib gəlmədi, biz məğlub olduq".
Sportinfo.az xəbər verir ki, bunu "Şəki"ın baş məşqçisi Bedri Meriç "Sumqayıt"a qarşı Azərbaycan Basketbol Liqasının XIII turunun oyunundan sonra deyib.
"Şəki" - "Sumqayıt" qarşılaşması ikincilərin 98:93 hesablı qələbəsi ilə yekunlaşıb. Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında məğlubiyyətə görə üzgün olduqlarını bildirib:
"Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Əsl oyunumuzu göstərə bilmədik.
"Sumqayıt" qalib gəlmədi, biz məğlub olduq. 8 oyunluq qələbə seriyamız var idi.
Hakimliklə bağlı müəyyən sözlər demək istəyirəm. "Şəki"yə hörmət göstərilməlidir. "
Sabah" kimi 10 matçda qalib gəlmişik. Ancaq bizə qarşı hörmət göstərmədiklərinin şahidi oluram.
Hər matçda eyni problemləri yaşayırıq. Mən qalib gəldiyimiz zaman da bunu hakimlərə söyləmişdim".