Azərbaycan Basketbol Liqasında XIII turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, B qrupunda baş tutan matçda "Şəki" "Sumqayıt"la üz-üzə gəlib.
Şəki Olimpiya İdman Kompleksindəki matçda qonaqlar 98:93 hesablı qələbəyə sevinib.
Turun əvvəlki oyunlarında "Naxçıvan" "Sərhədçi"ni 80:76, "Abşeron" "Sabah"ı 67:59, NTD isə "Neftçi"ni 105:100 hesabı ilə məğlub edib.
Tura fevralın 2-də yekun vurulacaq.