"Qarşılaşmaya gözlədiyimizdən də pis başladıq".
Sportinfo.az xəbər verir ki, bunu "Abşeron"un baş məşqçisi Erhan Toker "Naxçıvan"a qarşı Azərbaycan Basketbol Liqasının IX turunun təxirə salınmış oyunundan sonra deyib.
"Naxçıvan" - "Abşeron" qarşılaşması birincilərin 102:82 hesablı qələbəsi ilə yekunlaşıb. Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında məğlubiyyətə görə üzgün olduqlarını bildirib:
"Ceylon Şounun səhhətində problem yarandığına görə meydana çıxa bilmədi. Bu, bizim üçün böyük itki idi.
Digər basketbolçularla yerdəyişmə edib oynamağa çalışdıq. Lakin Ceylon bizim əvəzedilməz oyunçumuzdur və onun alternativi yoxdur.
Bu baxımdan da onun yoxluğunu doldura bilmədik. Qarşılaşmaya gözlədiyimizdən də pis başladıq.
Sonradan görüşdə tarazlıq yarada bildik. Xüsusilə üçüncü periodda yaxşı idik.
Sonluğu gətirə bilmədik. Qarşıda bizi NTD ilə matç gözləyir.
Ceylon Şou heyətə qayıtsa, bizim üçün çox yaxşı olacaq. Durumu yaxşılaşmasa, bu heyətlə mübarizə aparmağa davam edəcəyik.
Onun son durumuna həkimlərin rəyindən sonra aydınlıq gələcək".