Azərbaycan Basketbol Liqasının IX turunun təxirə salınmış oyununda "Naxçıvan" qələbə qazanıb.
Sportinfo.az xəbər verir ki, A qrupunda baş tutan matçda Murat Dikmenin rəhbərlik etdiyi kollektiv "Abşeron"u 102:82 hesabı ilə üstələyib.
Qarşılaşma Bakı İdman Sarayında keçirilib.
B qrupunun təxirə salınmış matçları bu gün reallaşacaq. "Şəki" - "Gəncə" görüşü saat 14:00-da Şəki Olimpiya İdman Kompleksində start götürəcək.
"Sumqayıt" - "Quba" qarşılaşması isə saat 19:00-da Sumqayıt Olimpiya İdman Kompleksində başlayacaq.
Oyunlar dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.