“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının 9-cu turunda NTD-yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, o, matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Qış fasiləsinə lider olaraq yollandığımız üçün şadam. Komandada inkişaf hiss olunur.
Oyunlar oldu ki, 4-5 zədəli basketbolçusuz mübarizə apardıq. Amma buna baxmayaraq “Neftçi” ilə oyunu çıxmaq şərtilə digər qarşılaşmaları qalib başa vurmağı bacardıq. F
ürsətdən istifadə edərək Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibətilə ilə təbrik edirəm! Qələbə seriyamızı yeni ildə də davam etdirəcəyimizə inanıram”.
NTD – “Sabah” qarşılaşması ikincilərin 94:67 hesablı qələbəsi ilə yekunlaşıb.