"Heyətdəki itkilər “Gəncə” ilə oyunda mənə şans yaratdı".
Sportinfo.az xəbər verir ki, bunu “Lənkəran”nın gənc basketbolçusu Varid Ağasızadə deyib.
20 yaşlı oyunçu rəqibi yaxşı təhlil etdiklərini söyləyib:
“Səhvlərimə baxmayaraq, özümü yaxşı tərəfdən göstərməyə çalışdım. Heyətimiz tam olmasa da, qələbə üçün əlimizdən gələni edib azarkeşlərimizi sevindirmək istəyirik.
Məqsədimiz hər dəfə eynidir - yalnız qələbə! Son 3 oyunda məğlub olmağımıza baxmayaraq, komandada ab-hava əladır.
Pley-offa vəsiqə qazanmaq üçün əlimizdən gələni edib, qələbələrimizin sayını artıracağımıza inanıram”.
O, çempionatın bu il daha maraqlı olduğunu bildirib:
“Ötən ilə nisbətən bu il liqa daha maraqlı keçir. Yeni klublar yaradılıb və 2 qrupun olması rəqabətə təsir göstərir. Əksər oyunlar başabaş keçir”.