Azərbaycan Basketbol Liqasının VI turuna yekun vurulub.
Sportinfo.az xəbər verir ki, turun Qubada keçirilən son qarşılaşmasında yerli komanda "Şəki"ni qəbul edib.
Oyunu təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, millət vəkili Əlibala Məhərrəmzadə, Quba –Xaçmaz Regional Təhsil İdarəsinin rəhbərliyi və kollektivi, eləcə də çoxsaylı ictimaiyyət nümayəndələri və idmansevərlər izləyib.
Görüş “Şəki”nin 90:68 hesablı qələbəsi ilə yekunlaşıb.