“Neftçi” böyük klubdur. Burada uğur qazanmaq üçün hər cür şərait var”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi” basketbol komandasının yeni baş məşqçisi Omid Movahed Nejat deyib.
İranlı mütəxəssis Bakı təmsilçisinin Azərbaycan Basketbol Liqasında yaxşı nəticələr qazanması üçün əlindən gələni edəcəyini bildirib: Uğur qazanmaq üçün buradayam.
Bu komandaya kömək etmək istəyirəm. Məqsədlərimizə çatmaq üçün vaxt lazımdır.
Yeni oyunçuların transferi ilə bağlı işlər demək olar ki, başa çatıb. Koordinasiya üçün isə zamana ehtiyacımız var”.
O, bu mövsüm bütün komandaların çempionluğa iddialı olduğunu vurğulayıb:
“Çempionatda bütün rəqiblərimizi ciddi hesab edirik. Hər biri yeni mövsümə yaxşı hazırlaşıb.
Amma fikrimcə, “Sabah” avrokuboklarda iştirakına və heyətinə cəlb etdiyi oyunçulara görə digərlərindən bir qədər fərqlənir. Buna baxmayaraq, liqada şanslarımızı yüksək qiymətləndirirəm.
Pley-offa vəsiqə qazanacağımıza əminəm. Hazırda qarşımıza qoyduğumuz əsas hədəf də məhz budur”.
2022-2023-cü illər mövsümünün ikinci yarısında da komandaya başçılıq etmiş Nejat qayıdışının müsbət nəticələr verəcəyinə inandığını söyləyib:
“Burada mənim üçün hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. 2 il əvvəl də bu vəzifədə idim.
Bu klub və şəhərlə bağlı xoş xatirələrim var. Burada yeni insanlar tanıdım, yaxşı dostlar qazandım”.
“Neftçi” hazırda 4 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.