COP29

"Peşəkar karyerada hisslərə qapılmağa ehtiyac yoxdur"

3 Dekabr 04:00 Basketbol 162
"Peşəkar karyerada hisslərə qapılmağa ehtiyac yoxdur"

“Gəncənin, orada tanış olduğum insanların yeri məndə başqadır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Şəki” basketbol komandasının baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Azərbaycan Basketbol Liqasının növbəti turunda ötən mövsüm rəhbərlik etdiyi “Gəncə” ilə qarşılaşacaqlarını xatırladan türkiyəli mütəxəssis bu şəhəri çox sevdiyini bildirib:

“Gəncə öz şəhərim kimi çox sevdiyim bir yerdir. Ötən mövsüm orada çox yaxşı dostlar qazandım.

Matçlar keçər, ancaq dostluqlar çətinliklə əldə olunar. Burada – Şəkidə də mənimlə çox yaxşı davranan komanda yoldaşlarım var.

Onlara da ayrıca təşəkkürümü bildirirəm. Əminəm ki, gələcəkdə Şəki üçün də eyni cür düşünəcəyəm.

Basketbolun gözəlliyi də elə bundadır. Gözəl insanlar tanımaq imkanı əldə edirsən.

Yəni, "Gəncə" ilə oyun mənim üçün emosional bir matç olsa da, peşəkar kimi qalib gəlməyə çalışacağam.

İdman həyatımda da fanatik "Beşiktaş"lı olsam da, bu komandaya qarşı oynadığım matçlar olub. Peşəkar karyerada hisslərə qapılmağa ehtiyac yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
3 Dekabr 18:10 Çək və bizə göndər!
3 Dekabr 04:40 "Turan"dan pulsuz jest