“Qurduğumuz komandaya və büdcəyə görə yaxşı işlər gördük”

14 Aprel 04:00 Basketbol 365
“Qurduğumuz komandaya və büdcəyə görə yaxşı işlər gördük”

"Bu mövsüm qurduğumuz komandaya və büdcəyə görə, məncə, yaxşı işlər gördük".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci görüşündə də “Lənkəran”ı məğlub edən “Gəncə”nin baş məşqçisi Halil Atlı deyib.

Mütəxəssis “Lənkəran”la oyunu dəyərləndirib:

"Komandamı təbrik edirəm. Bu mövsüm yaxşı kollektiv qurduğumuzu fikirləşirəm. Bura gələndə ilk hədəfim "Gəncə"ni yenidən pley-offa daşımaq idi. Azərbaycan Kubokunda final oynadıq. İndi də çempionatda həlledici mərhələyə vəsiqə qazandıq. Bunu gəncəlilərə həsr edirik. Bu mövsüm qurduğumuz komandaya və büdcəyə görə, məncə, yaxşı işlər gördük. Oyunçularımın hamısına bir-bir təşəkkür edirəm. Addım-addım irəliləyib əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Növbəti rəqibimizə qarşı oyunlara köklənirik. Azarkeşlərimizə də səslənirəm. Onların dəstəyi bizi həm xoşbəxt edir, həm də güc verir. İşin ən önəmli hissəsinə gəldik. Fanatların dəstəyinə hər zamankından daha çox indi ehtiyac olacaq. Onları oyunlarımızda görmək istəyirik. Hər şeyə görə azarkeşlərə təşəkkür edirəm".

“Gəncə” Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində “Lənkəran”a qarşı keçirdiyi hər iki görüşdə (96:92, 100:74) qələbə qazanaraq 1/4 finala adını yazdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 17:20 Oralarda bir Emil var...