Azərbaycanın qadın basketbolçulardan ibarət yığması AVRO-2025-in qrup mərhələsində səfərdə Polşa yığması ilə üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, C qrupunda baş tutan qarşılaşma rəqibin 105:51 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşü Coş Boue (Böyük Britaniya), Kristina Simanoviç (Latviya) və Mariya Siriç (Serbiya) idarə edib.
Evren Alkayanın baş məşqçisi olduğu Azərbaycan millisi ilk oyunda Litvaya 63:99 hesabı ilə uduzub. Komanda ikinci matçda Belçikaya da yenilib - 28:136.