COP29

"Lənkəran"ın legioneri Bakıya heyran olub

2 Noyabr 02:40 Basketbol 339
"Lənkəran"ın legioneri Bakıya heyran olub

"Bakıda mənzərə və memarlıq həqiqətən heyrətamizdir".

Sportinfo.az xəbər verir ki, bunu "Lənkəran"ın basketbolçusu Filmon Gebriyhit klubun mətbuat xidmətinə müsahibəsində deyib.

ABŞ-dən olan oyunçu paytaxla yanaşı, Sumqayıt və Lənkəran şəhərlərini də çox bəyəndiyini bildirib:

"Lənkəran basketbola həqiqətən fokuslana biləcəyiniz bir yerdir. Ətrafda diqqəti yayındıran şeylər yoxdur və ən çox bunu sevirəm.

Buradakı insanlar çox qonaqpərvər və mehribandırlar. İstər şəkil çəkdirməyi, istərsə sadə söhbətləri çox səmimi qarşılayırlar.

Burada xoşuma gələn bir yemək də tapmışam, “dönər” adlanır. Bu uzun müddətdir yediyim ən dadlı yeməkdir".

O, ötən tur "Sumqayıt"ı məğlub etdikləri oyunla bağlı fikirlərini bölüşüb və "Quba"ya qarşı keçirəcəkləri növbəti matç barədə danışıb:

"Komanda olaraq qazandığımız birinci qələbəmiz idi və yeni yaranmağımıza baxmayaraq, inam hissi ilə “biz də burdayıq” dedik.

"Quba" güclü komandadır və onu ciddiyə almaq lazımdır. Məşqçinin bizim üçün hazırladığı oyun planını izləsək, uğur qazanacağımıza və ikinci qələbəmizi əldə edəcəyimizə inanıram".

"Quba" - "Lənkəran" oyunu noyabrın 2-də təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 22:00 Gəl, müqaviləni uzat!
23 Dekabr 20:00 Juninyo gedir...