COP29

"Nələrsə etmək lazım olanda bunu bacarmırıq"

05:00 Basketbol 69
"Nələrsə etmək lazım olanda bunu bacarmırıq"

"Adi epizodlarda top itkilərinə yol verdik".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis "Norrçepinq Dolfins"ə qarşı keçirdikləri FIBA Avropa Kubokunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis məğlub olduqları görüş barədə danışıb:

"Sona kimi mübarizə apardıq. Lakin təəssüf ki, digər oyunlarda olduğu kimi, yenə sonluğu gətirə bilmədik.

Matçın sonlarında ekstra nələrsə etmək lazım olanda bunu bacarmırıq. Adi epizodlarda top itkilərinə yol verdik.

Görüşdən öncə oyunçulara dedim ki, nə qədər yaxşı müdafiə olunsaq da, qələbə üçün bu qarşılaşmada bizə 80 xal yığmaq lazımdır.

İstənilən halda, bundan sonra da hər qarşılaşmaya qələbə üçün çıxacağıq. De Andrenin yoxluğu hiss olunurdu. O, bizim ən çox xal qazanan basketbolçumuzdur".

"Sabah" - "Norrçepinq Dolfins" qarşılaşması qonaqların 74:70 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?