Milli Baketbol Liqasında (NBA) “Los-Anceles Leykers” klubunda çıxış edən əfsanəvi basketbolçu Lebron Ceyms və onun oğlu Bronni Ceyms bu liqada meydana çıxan ilk ata-oğul olaraq tarixə düşüb.
Sportinfo.az xəbər verir ki, “Minnesota Timbervolves”lə keçirilən qarşılaşmanın 4 dəqiqə qalmış meydançaya birlikdə daxil olan Lebron və oğlu ev sahiblərinin azarkeşləri tərəfindən böyük coşğu ilə qarşılanıb.
Onların oyuna çıxmamışdan öncəki görüntüləri də marağa səbəb olub.
39 yaşlı basketbolçu 20 yaşlı oğluna bu sözləri deyib: “Qətiyyən səhv etməkdən qorxma”.
Qarşılaşma “Los-Anceles Leykers”in 110:103 hesablı qələbəsi ilə yekunlaşıb.
Lebron komandasına 16 xal toplasa da, oğlu Bronni oynadığı 2 dəqiqə 41 saniyə ərzində xal qazana bilməyib.
Sözügedən görüntüləri təqdim edirik: